Goranboy Rayon Mərkəzi Xəstəxanasında ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, mayın 10-u Goranboy rayon Veyisli qəsəbə sakini S.Hüseynova həyat yoldaşı, Kəlbəcər rayon sakini 33 yaşlı Habil Həsənov tərəfindən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.
H. Həsənov daha sonra arvadının ardınca xəstəxanaya gedərək onunla yenidən münaqişə yaratmağa başlayıb. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Barəsində inzibati protokol tərtib edilən H.Həsənov məhkəmənin qərarı ilə 200 manat cərimə edilib.
Qadının döyülməsi faktı ilə əlaqədar araşdırmalar isə davam etdirilir. (“Qafqazinfo”)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 14.05.2025
Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
Hazırda oxunan: Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
Hazırda oxunan: Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
249299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.