Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Bizim.Media xəbər verir ki, 45 yaşlı Tural Səməd oğlu Məmmədov 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə - aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək, həmin şəxsin əməllərindən şikayət edib.
Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir.
Hazırda istintaq hərəkətləri davam edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:50 / 14.05.2025
Bakıda "vəzifəli şəxs" həbs edildi – FOTO
Hazırda oxunan: Bakıda "vəzifəli şəxs" həbs edildi – FOTO
Hazırda oxunan: Bakıda "vəzifəli şəxs" həbs edildi – FOTO
249283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.