“Melissa Group”un rəhbəri həbsdən BURAXILDI

“Melissa Group”un rəhbəri həbsdən BURAXILDI

Hazırda oxunan: “Melissa Group”un rəhbəri həbsdən BURAXILDI

249280

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığı buraxılması ilə bağlı təqdimata baxılıb.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
 

Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.


Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO