Neftçalada 18 minlik naqil oğurlandı – FOTO

Neftçalada 18 minlik naqil oğurlandı – FOTO

Hazırda oxunan: Neftçalada 18 minlik naqil oğurlandı – FOTO

249112

Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Məlumatda bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO