Xarici ölkəyə satılan ilk Azərbaycan serialının müəllifindən AÇIQLAMA

Xarici ölkəyə satılan ilk Azərbaycan serialının müəllifindən AÇIQLAMA

Hazırda oxunan: Xarici ölkəyə satılan ilk Azərbaycan serialının müəllifindən AÇIQLAMA

249095

Azərbaycanda istehsal olunan “Qayıdış” serialı xarici ölkəyə satılan ilk serial ünvanını qazanıb. Son günlər ölkə mediasında gündəm olan bu xəbər aktyorluq sahəsinin bir uğuru kimi qiymətləndirilir.  Xüsusi vurğulayaq ki, serial Qazaxıstanda yayımlanacaq.

Bizim.Media əməkdaşı serialın müəllifi və baş rolda çəkilən tanınmış rejissor Kənan MM ilə həmsöhbət olub. O, bildirib ki, bu tək onun deyil, bütün Azərbaycan rejissorlarının uğurudur:
 

“Serial Qazaxıstan və Özbəkistan üçün uyğunlaşdırılaraq qazax və rus dillərində nümayiş olunacaq. Qeyd edim ki, Orta Asiya dövlətlərinə Azərbaycan serialı istəyiblər və  bir neçə nümunə veriblər. Onlar da “Qayıdış” serialını bəyəniblər. Mən bu addımı fərdi uğur yox, bütün Azərbaycan rejissosrlarının uğuru kimi qəbul edirəm. Bir yerdən başlamaq lazım idi, o da mənim qismətimə düşdü”, - deyə Kənan MM diqqətə çatdırıb.


Onu da bildirək ki, 18 seriya artıq özbək dilinə tərcümə olunub və Özbəkistandakı premyerası gələn həftə “Click” platformasında baş tutacaq.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO