Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə report-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib
Qeyd olunub ki, 2 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.
Bizim.Media