Kabab üçün istifadə olunan şişlər tetanos riski yarada bilər —Mütəxəssislərdən XƏBƏRDARLIQ

Kabab üçün istifadə olunan şişlər tetanos riski yarada bilər —Mütəxəssislərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Kabab üçün istifadə olunan şişlər tetanos riski yarada bilər —Mütəxəssislərdən XƏBƏRDARLIQ

248872

Rusiyalı mütəxəssislər şaşlıq mövsümündə xüsusilə diqqətli olmağı tövsiyə edir. Məlum olub ki, şaşlıq bişirərkən istifadə olunan metal şişlər, xüsusən də paslı olanlar, tetanos kimi təhlükəli infeksiyanın mənbəyi ola bilər.

Bizim.Media xəbər verir ki, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətin Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı eksperti Mixail Lebedev bildirib ki, tetanos bakteriyası torpaqla təmasda olan kəsici alətlərlə yaranan kiçik cızıqlardan belə orqanizmə daxil ola bilər.

Paslı metal isə riski daha da artırır. Dərin deşici yaralar və ya dəridə geniş zədələr bu patogenin inkişafı üçün əlverişli şərait yaradır.

Lebedev qeyd edib ki, yoluxma yalnız şişlərlə deyil, həmçinin bağ alətləri, kürəklər, paslı mismarlar və hətta yanıq zamanı da baş verə bilər. Xəstəliyin inkubasiya dövrü 2 gündən 40 günədək davam edə bilər. Bəzən bu müddət bir neçə saata və ya aya da çata bilər.

Həkimin sözlərinə görə, xəstəliyin ilkin əlamətləri arasında yara nahiyəsində dartıcı ağrılar, əzələlərdə qeyri-iradi spazmlar müşahidə oluna bilər.
 

Tetanosun ilk ciddi əlaməti isə çeynəmə əzələlərinin spazmıdır - xəstə ağzını aça bilmir və sifətə sanki məcburi gülümsəmə ifadəsi verir. Daha sonra xəstədə bədənin qövs formasında əyilməsi və başın geriyə əyilməsi kimi ciddi əlamətlər ortaya çıxır.


Mütəxəssislər tövsiyə edir ki, şaşlıq zamanı istifadə olunan alətlər mütləq təmiz və paslanmamış olsun. Hər hansı bir cızıq və ya yara halında isə dərhal antiseptik tədbirlər görülməli və ehtiyac yaranarsa, tibbi yardıma müraciət edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO