Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq

Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq

Hazırda oxunan: Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq

248755

3200 KVA gücündə “Xocalı” yarımstansiyası bir neçə sahəni fasiləsiz elektrik enerjisilə təmin edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a "Azərişıq" ASC-nin Qarabağ Regional Enerji Təchizatı və Satışı idarəsinin baş mühəndisi Mübariz Zərbəliyev bildirib.
 

O, qeyd edib ki, "Xocalı" Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, həmçinin kənd təsərrüfatı, turizm obyektlərinin, xüsusilə də sosial-iqtisadi təyinatlı müxtəlif sahələrin fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.


M.Zərbəliyev əlavə köməkçi xətlər barədə də məlumat verib: "Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq elektrik verilişi xətləri çəkilib. Bu yarımstansiya həmçinin tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam, Əsgəran, Xocalı, Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq".

Yarımstansiya, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO