Həbsdə olan sayt rəhbərinə HÖKM OXUNDU

Həbsdə olan sayt rəhbərinə HÖKM OXUNDU

Hazırda oxunan: Həbsdə olan sayt rəhbərinə HÖKM OXUNDU

248353

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO