Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, P. Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÖVZU İLƏ BAĞLI:
“Azərişıq” 3 milyon manatı nəyə xərcləyəcək?
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində "Azərişıq" ASC tanınıb. P. Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. İş üzrə zərər yarım milyon manatdan çoxdur. (APA)
Bizim.Media