Moskvanın Vnukovo hava limanında AZAL-ın Moskva–Bakı reysinin sərnişinləri döşəmədə gecələməli olublar. Artıq altı dəfə təxirə salınan reysin nə vaxt həyata keçiriləcəyi isə hələ də məlum deyil.
Bizim.Media xəbər verir ki, hadisə yerindən danışan sərnişinlər bildirirlər ki, insanlar gecəni döşəmədə, kafelərdə, kreslolarda keçirirlər. Bəziləri artıq bir sutkadır hava limanında gözləyir, lakin bir çox aviaşirkət onlara nə mehmanxana, nə də yemək kuponu təqdim etmir. Təqdim edilən vauçerlər isə, sərnişinlərin sözlərinə görə, sadəcə simvolik məbləğlərlə məhdudlaşır.
Bir sərnişin SHOT teleqram kanalına verdiyi açıqlamada belə deyib:
“İnsanlar bir-birinin üstünə yığışıb yatmağa məcburdur. Heç bir şərait yoxdur, informasiya verən də yoxdur. Sanki unudulmuşuq.”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 08.05.2025
Vnukovo hava limanında Bakı reysi ləğv edilib: Sərnişinlər döşəmədə gecələyir - VİDEO
Hazırda oxunan: Vnukovo hava limanında Bakı reysi ləğv edilib: Sərnişinlər döşəmədə gecələyir - VİDEO
Hazırda oxunan: Vnukovo hava limanında Bakı reysi ləğv edilib: Sərnişinlər döşəmədə gecələyir - VİDEO
248245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.