Lənkəranda balıqçını “tok” öldürdü – FOTO

Lənkəranda balıqçını “tok” öldürdü – FOTO

Hazırda oxunan: Lənkəranda balıqçını “tok” öldürdü – FOTO

248098

Lənkəranda balıq tutan 59 yaşlı kişi elektrik cərəyanı nəticəsində həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
 

Məlumata görə, 1966-cı il təvəllüdlü rayon sakini Əzizağa Şirəli oğlu Ağayev səhər saatlarında balıq tutmaq üçün Lənkəran çayına yollanıb.


Balıq ovladığı zaman istifadə etdiyi alət ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinə toxunub və nəticədə kişi elektrik cərəyanına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Mərhumun cəsədi aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO