SON DƏQİQƏ! AZAL-ın Rusiyaya reysləri gecikir - Hindistana reys TƏXİRƏ SALINDI

SON DƏQİQƏ! AZAL-ın Rusiyaya reysləri gecikir - Hindistana reys TƏXİRƏ SALINDI

Hazırda oxunan: SON DƏQİQƏ! AZAL-ın Rusiyaya reysləri gecikir - Hindistana reys TƏXİRƏ SALINDI

248068

Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.


Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.


Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.
AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO