Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir

Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir

Hazırda oxunan: Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir

247954

1 yanvar 2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə daha bir dəyişiklik nəzərdə tutulub.

Moderator.azxa0xəbər verir ki, Məcəllədəxa0"Fiziki şəxslərin gəlir vergisi" fəslinə ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, işçinin aylıq əmək haqqı 2500 manata qədər olduqda, ölkə üzrə yaşayış minimumunun xa01 misli qədər güzəşt edilir. Prezident tərəfindən təsdiqlənən 2018-ci il üzrə yaşayış minimumun məbləği 173 manat təşkil edir.

xa0

Vergi Məcəlləsindəki yeni dəyişikliyə əsasən, "ölkə üzrə yaşayış minimumunun 1 misli" sözləri "200 manat" sözləri ilə, “ölkə üzrə yaşayış minimumunun 12 misli” sözləri 2400 manat” sözlərilə əvəz edilir.


Hazırda əmək haqqının 173 manata qədər olan hissəsi gəlir vergisindən azaddır, yeni dəyişikliyə əsasən isə əmək haqqının 200 manatadək hissəsi gəlir vergisindən azad edilir.


1 yanvar 2019-cu ildən etibarən əmək haqqı üzrə bu güzəşt sırf dövlət təşkilatlarına və neft-qaz sahəsində fəaliyyəti olan müəssisələrə aid ediləcək. Digər müəssisələr üzrə işçinin əmək haqqının 8000 manata qədər hissəsi 7 il müddətində gəlir vergisindən azad edilib.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO