Zaqatalada qəza oldu, 2 nəfər xəsarət aldı

Zaqatalada qəza oldu, 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Zaqatalada qəza oldu, 2 nəfər xəsarət aldı

247803

Zaqatala şəhər ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhəri Faiq Əmirov küçəsində KİA və OPEL markalı avtomobillər toqquşub.

Qəza zamanı KİA-nın sürücüsü 64 yaşlı Samirat Əliyeva və OPEL-in sürücüsü 43 yaşlı Zöhrab Qardaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO