Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Hazırda oxunan: Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

247707

“Toplum TV” işi üzrə ittiham olunan şəxslərin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda cinayət işinin baxışa verildiyi elan edilib.
 

Azər Tağıyevin sədrlik etdiyi hakimlər Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini təmin etməyib. Təqsirləndirilən şəxslərin hər birinə münasibətdə məhkəməyə qədər seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.


İş məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu iş üzrə 9 nəfər ittiham edilir. Onlardan 8-i həbsdədir. Təqsirləndirilənlərin hamısı Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirlər. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO