Operativ Qərargahdan “şəhərli-kəndli” SÖHBƏTİ

Operativ Qərargahdan “şəhərli-kəndli” SÖHBƏTİ

Hazırda oxunan: Operativ Qərargahdan “şəhərli-kəndli” SÖHBƏTİ

24755

Nazirlər Kabinetinin verdiyi son qərar paytaxt Bakıda qəribə, həm də ironiyaya səbəb olacaq bir durum yaradıb. Metropoliten iyun ayının bütün günlərində fəaliyyət göstərəcəyi təqdirdə, marşurut avtobuslarına həftəsonu ilə bağlı qoyulan qadağa aradan qaldırılmayıb.

Daha dəqiq desək, avtobuslar həftəsonu yalnız AVRO-2020-nin təyin olunan oyun günləri fəaliyyət göstərəcək. 

Belə çıxır ki, həmin günlər metro stansiyalarının yaxınlığında, şəhərin mərkəzində yaşayanlar istədikləri yerə gedə bilər, onlar üçün hansısa nəqliyyat məhdudiyyəti qoyulmur, paytaxtın digər məkanlarında yaşayanlar isə evdən çıxa bilməzlər. Və ya metrodan uzaqda yaşayan sakinlərin futbol oyunlarını izləməsi üçün şərait yaradılır, yaxınlarına baş çəkməsinə, alış verişə çıxmasına, istirahətə yollanmasına isə imkan verilmir. 

Bu qərarlar hansı məntiqlə verilir? Doğurdanmı bu kimi yanaşmalar COVID-19-un qarşısının alınmasında effektivdir?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, marşurut avtobuslarının da şənbə-bazar fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul olunmalıdır:  
 

“Avtobusların fəaliyyətinin dayandırlmasının əsas məqsədi o idi ki, şənbə-bazar günləri insanlar daha az evdən çıxsınlar, amma təcrübə bunun effekt vermədiyini göstərir. İnsanlar daha çox taksi xidmətindən istifadə edir ki, bu da onların büdcəsinə zərər vurur.


Yük azalır, metoru bu yükün bir hissəsini götürürsə, avtobuslarda da gedib-gələnlərin sayı artmayacaq. Elə insanlar var ki, 2-3 marşurut avtobusu dəyişməli olurlar. Vətəndaşın vəziyyəti düşünülmədən qərar verilib. Məncə, bu qərara baxılmalıdır - avtobuslar da həmin günlərdə metro ilə paralel şəkildə fəaliyyət göstərməlidir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO