Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlar vəsaiti alacağı bankları özləri seçə biləcək. Başqa sözlə, bu şəxslər istədiyi bankın plastik kartını və xidmətini seçə biləcək.
Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, Mərkəzi Bankın şöbə rəisi Rəşad Qasımovun sözlərinə görə, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, xüsusilə pensiyaçılara belə bir seçim imkanının yaradılması vacibdir. Çünkü bəzi hallarda pensiya alan şəxslərin yaşadıqları ünvanda plastik kartının məxsus olduğu bankların bankomatını tapmaq müşkül məsələyə çevirilir.
Millət vəkilinin sözlərinə görə, yaxın vaxtlarda vətəndaşlar üçün belə bir imkanın təqdim edilməsi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:02 / 03.05.2025
Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara ŞAD XƏBƏR – VİDEO
Hazırda oxunan: Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara ŞAD XƏBƏR – VİDEO
Hazırda oxunan: Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara ŞAD XƏBƏR – VİDEO
247412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.