Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildəki sərnişin Pirli kənd sakini 1996-cı il təvəllüdlü Qəniyev Sübhan Qəni oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:22 / 03.05.2025
Kürdəmirdə ağır QƏZA – Xəsarət alan VAR – FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA – Xəsarət alan VAR – FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA – Xəsarət alan VAR – FOTO/VİDEO
247408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.