“Azərsun Holdinq”də yeni rəhbər SEÇİLDİ - FOTO

“Azərsun Holdinq”də yeni rəhbər SEÇİLDİ - FOTO

Hazırda oxunan: “Azərsun Holdinq”də yeni rəhbər SEÇİLDİ - FOTO

247310

"Azersun Holdinq"in Müşahidə Şurasına yeni sədr təyin edilib.

Bizim.Media ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Əhməd Gozal gətirilib.

"Azersun Holdinq"in rəhbərliyinə gətirilən Əhməd Gozal 2006-cı ildə Bilkent Universitetinin Menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən o, "Azersun Holdinq"in idarə olunmasında fəal şəkildə iştirak etməyə başlayıb.

Şirkətlər qrupunun müxtəlif strukturlarında çalışdıqdan sonra, 2018-ci ildə "Azersun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Təftiş Komissiyasının sədri vəzifələrinə təyin edilib.

2022-ci ildən etibarən isə Əhməd Gozal Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal olub. O, bu ilin yanvar ayında vəfat edib.

Əhməd Gozal mərhum Abdolbari Gozalın oğludur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO