Azərbaycanda “Range Rover”i ilə 4 nəfərin ölümünə səbəb olan iş adamının kürəkəni həbs edildi

Azərbaycanda “Range Rover”i ilə 4 nəfərin ölümünə səbəb olan iş adamının kürəkəni həbs edildi

Hazırda oxunan: Azərbaycanda “Range Rover”i ilə 4 nəfərin ölümünə səbəb olan iş adamının kürəkəni həbs edildi

24730

Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisə zamanı “Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO