AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını DƏYİŞDİ

AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını DƏYİŞDİ

Hazırda oxunan: AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını DƏYİŞDİ

247108

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.

Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.
 

Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.


Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.

Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO