Qubanın 15-ə yaxın kəndi 15 gündür İŞIQSIZDIR – FOTO

Qubanın 15-ə yaxın kəndi 15 gündür İŞIQSIZDIR – FOTO

Hazırda oxunan: Qubanın 15-ə yaxın kəndi 15 gündür İŞIQSIZDIR – FOTO

247088

Quba rayonunun Dalıqaya və Zıxır kəndləri aprelin 15-dən işıqsızdır. Aprelin 16-da yaşayış mənrəqələrinə yağan 1 metr 20 sm hündürlüyündə qar elektrik sistemini tam sıradan çıxarıb. Köhnə, qəzalı dirək və xəttlər qırılıb.

Kənd sakinləri Bizim.Media-ya açıqlamalarında yarım aydan çoxdur qaranlıqda qaldıqlarından və problemləri ilə bağlı aidiyyəti qurumların maraqlanmadığından gileyləniblər.

Quba icra başçısının birinci müavini, rayon FHK-nın sədri Tariyel İbrahimov saytımıza bildirib ki, hazırda rayonda 15-ə yaxın kənd işıqsızdır. “Azərişıq” ASC-nin 10-a yaxın briqadası işııq olmayan ərazilərdə işləyir. Yaxın günlərdə bütün kəndlərə elektrik enerjisinin verilişi təmin olunacaq.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO