Sabirabadda bir ailənin iki üzvü qəzaya düşüb, ölən və yaralanan var

Sabirabadda bir ailənin iki üzvü qəzaya düşüb, ölən və yaralanan var

Hazırda oxunan: Sabirabadda bir ailənin iki üzvü qəzaya düşüb, ölən və yaralanan var

246952

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Çiçəkli kəndində qeydə alınıb.

Belə ki, “Priora” markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara şıxıb.

Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Məmmədov Raqif Telman oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Məmmədov Elşad Telman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 

E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO