Bölgələrdə yeni tibb kollecləri AÇILACAQ

Bölgələrdə yeni tibb kollecləri AÇILACAQ

Hazırda oxunan: Bölgələrdə yeni tibb kollecləri AÇILACAQ

246068

Yaxın vaxtlarda digər bölgələrdə tibb sahəsi üzrə kolleclərin açılması üçün təhlillər aparılacaq. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib.
 

T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda tibb kolleclərin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa, mümkün olsa kolleclər açıla bilər.


O eyni zamanda xatırladıb ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var:

“Onlardan ikisi Bakıdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO