Tovuzda YANĞIN – Ev alovlara qərq oldu - FOTO

Tovuzda YANĞIN – Ev alovlara qərq oldu - FOTO

Hazırda oxunan: Tovuzda YANĞIN – Ev alovlara qərq oldu - FOTO

245978

Tovuzda fərdi yaşayış evində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. 
 

Kənd sakini A.Mehdiyeva məxsus ümumi sahəsi 120 kvadratmetr olan fərdi evdə alovu söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 


Yanğının digər tikililərə keçməsinin  qarşısı alınıb, yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO