Ayxan Hacızadədən Kanadanın XİN başçısına: “Qərəz, kölgə kimi ağlı qaranlığa sövq edir”

Ayxan Hacızadədən Kanadanın XİN başçısına: “Qərəz, kölgə kimi ağlı qaranlığa sövq edir”

Hazırda oxunan: Ayxan Hacızadədən Kanadanın XİN başçısına: “Qərəz, kölgə kimi ağlı qaranlığa sövq edir”

245968

"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etibarlılığı qorumaq əvəzinə, Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi narahatlıqlar yaradır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colinin son bəyanatına şərhində bildirib.

Ayxan Hacızadə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib: “Təəssüflər olsun ki, siz Ermənistanın törətdiyi etnik təmizləmə, qırğınlar, vəhşiliklər, mədəni silinmələr və digər insanlığa qarşı cinayətlərlə üzləşmiş 1 milyondan artıq azərbaycanlının əzab-əziyyətini heç vaxt etiraf etmədiniz. Necə deyərlər: “Qərəz, kölgə kimi ağlı qaranlığa sövq edir”.
 

Sadəcə, xoş bir xatırlatma: həmişə erməni diasporunun yalan hekayələrinə deyil, faktlara sadiq qalın.


Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi terrorla mübarizə tədbirləri Ermənistanın Azərbaycan ərazilərində mövcud olan qanunsuz hərbi birləşmələrinin təxribatlarına qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyatda məqsəd beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq qanunsuz erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsidir.

O zaman isə mülki əhali və infrastruktur hədəfə alınmayıb və erməni sakinlərinin bölgəni tərk etməsi könüllü seçim olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO