Naxçıvanda 75 yaşlı nənəni öldürüb quyuya atan Ayparanın FOTOSU

Naxçıvanda 75 yaşlı nənəni öldürüb quyuya atan Ayparanın FOTOSU

Hazırda oxunan: Naxçıvanda 75 yaşlı nənəni öldürüb quyuya atan Ayparanın FOTOSU

245850

Naxçıvanda 75 yaşlı nənəni öldürüb meyitini quyuya atmaqda şübhəli bilinən Aypara Əsgərovanın fotosu yayılıb.

Bizim.Media xəbər verir ki, Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs ötən gün tutulub.
 

Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.


Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO