Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:37 / 24.04.2025
Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi – VİDEO
Hazırda oxunan: Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi – VİDEO
Hazırda oxunan: Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi – VİDEO
245792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.