Şamaxıda BƏDBƏXT HADİSƏ: 72 yaşlı kişi çaşır yığarkən dağdan yıxılaraq öldü

Şamaxıda BƏDBƏXT HADİSƏ: 72 yaşlı kişi çaşır yığarkən dağdan yıxılaraq öldü

Hazırda oxunan: Şamaxıda BƏDBƏXT HADİSƏ: 72 yaşlı kişi çaşır yığarkən dağdan yıxılaraq öldü

245723

Şamaxıda daha bir bədbəxt hadisə baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Quşçu kəndində qeydə alınıb.
 

Abşeron rayon sakini, 72 yaşlı Xəlilov Sabir Səfər oğlu kənd ərazisində yerləşən Alçapan dağında çaşır bitkisi yığarkən ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Onların müdaxiləsi ilə Sabir Xəlilovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin başvermə səbəbi aparılan araşdırmanın nəticəsində bəlli olacaq.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO