Bu gün ölkəmizdə cəmiyyət üçün önəmli olan sahələr sırasında sosiologiya da ön plandadır. Çünki sosiologiya cəmiyyətdə baş verən prosesləri dəyərləndirən, onları analiz edən, həlli ilə bağlı proqnoz verən, təkliflər irəli sürən bir sahədir. Xüsusilə də, son dövrlərdə boşanmaların artması, ailə institutunun deqradasiyası və dəyərlərin transformasiyası fonunda sosiologiya daha mühüm əhəmiyyət kəsb edir.
Lakin təəssüflər olsun ki, bu sahədə kadr qıtlığı müşahidə olunur.
Bəs, sosioloqların sayı niyə azdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Mail Yaqub bildirib ki, sosiologiya üzrə kadrların az olmasına səbəb bu sahədə yaxşı təhsilin olmamasıdır:
“Bu sahədə ölkəmizdə pul qazanmaq, gəlir əldə etmək şansı azdır. Sosioloqlar psixoloq kimi deyil ki, getsin klinikalarda işləsin. Sosioloq cəmiyyətdə olan prossesləri izləyir, eksperiment aparır, layihələr hazırlayır və bu layihələri müəyyən qurumlara təqdim edərək gəlir əldə edir.
Əlbəttə ki, bu sahə çətin vacib sahədir, amma, dövlətin bu sahəyə qayğısı olmasa, kadrlar yetişməz. Bu sahədə gəlir az olduğu üçün də təhsil zəifdir. Adətən əmək bazarı ilə təhsil bir-birini tamamlayır”, - deyə Mail Yaqub bildirib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 23.04.2025
Ehtiyac böyük olsa da, bu sahədə kadr TAPILMIR
Hazırda oxunan: Ehtiyac böyük olsa da, bu sahədə kadr TAPILMIR
Hazırda oxunan: Ehtiyac böyük olsa da, bu sahədə kadr TAPILMIR
245531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.