Deputatdan TƏKLİF: “Dövlət qurumlarının xərclərini izləmək üçün elektron sistem YARADILSIN”

Deputatdan TƏKLİF: “Dövlət qurumlarının xərclərini izləmək üçün elektron sistem YARADILSIN”

Hazırda oxunan: Deputatdan TƏKLİF: “Dövlət qurumlarının xərclərini izləmək üçün elektron sistem YARADILSIN”

245473

Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır. Xüsusilə diqqət yetirdiyim məsələ – bəzi hallarda büdcə vəsaitlərinin səmərəli xərclənməməsidir. Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir.

Bizim.Media xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov paralmentin bugünkü plenar iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat elektron nəzarət sistemlərinin tətbiq edilməsini təklif edib:
 

“Bu baxımdan, hesab edirəm ki, bizim nəzarət yanaşmamız da müasirləşməlidir. Klassik yoxlamalarla yanaşı, texnoloji imkanlardan istifadə etməklə elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu sistemlər vasitəsilə dövlət qurumlarının xərcləri real vaxt rejimində izlənə bilər. Həm səmərəlilik artır, həm də ictimai nəzarət imkanları genişlənir.


Bu addım korrupsiya risklərinin qarşısını almaqda və vətəndaşın dövlətə olan inamını gücləndirməkdə mühüm rol oynaya bilər. Elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələr başlasın və mərhələli şəkildə genişləndirilsin; Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunsun – yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin; İrəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilsin – yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO