Qadın metroda etdiyi hərəkətə görə 200 manat CƏRİMƏLƏNDİ – VİDEO

Qadın metroda etdiyi hərəkətə görə 200 manat CƏRİMƏLƏNDİ – VİDEO

Hazırda oxunan: Qadın metroda etdiyi hərəkətə görə 200 manat CƏRİMƏLƏNDİ – VİDEO

245461

Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib.

Bizim.Media xəbər verir ki, DİN-dən “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki,

Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilib.

Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.
 

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrdakı xanım sərnişin maşinistlə rabitədən bir neçə dəfə istifadə edərək ona suallar ünvanlayıb. Sərnişin maşınistdən rabitə düyməsindən gərəksiz yerə istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsini də soruşub.


Məlumat üçün qeyd edək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO