Bakının avtobus dayanacaqları YENİLƏNƏCƏK - 1,7 milyon manat ayrıldı

Bakının avtobus dayanacaqları YENİLƏNƏCƏK - 1,7 milyon manat ayrıldı

Hazırda oxunan: Bakının avtobus dayanacaqları YENİLƏNƏCƏK - 1,7 milyon manat ayrıldı

245448

Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) müvafiq işlərə yekun vurulub.

AYNA sözügedən işlərin icrasını "SMCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1,7 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 88 500 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO