Bakı Dövlət Sirki 75 illiyini “Zabitlər bağı”nda qeyd etdi

Bakı Dövlət Sirki 75 illiyini “Zabitlər bağı”nda qeyd etdi

Hazırda oxunan: Bakı Dövlət Sirki 75 illiyini “Zabitlər bağı”nda qeyd etdi

24536

Bakı Dövlət Sirkində ilk tamaşanın nümayiş olunmasından 75 il ötür. Yubleyi olan “Azərbaycan toy”u tamaşası 1946 - ci il 12 iyun tarixində  Üzeyir Hacəbəyovun təşəbbüsü ilə hazırlanıb.

Yerigəlmişkən, Bakı Dövlət Sirki yubley ərəfəsində artiq 4-cü milli truppasını da formalaşdırıb.

Uzun müddətdən sonra yeni yaradılan milli truppa ilk çıxışlarını məhz həmin tamaşanın yubleyinə həsr edib.

Proqramda sirk sənətin janırlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib.
Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfər yaradıcı heyəti iştirak edib.

Bakı Dövlət Sirkinin milli truppasının təqdim etdiyi proqram Zabitlər parkında baş tutub.

Qeyd edək ki, proqramda Bakı Dövlət Sirkinin orkestr heyətinin musiqi nömrələrinə də yer verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO