Bakıda taksi sürücüsü HƏBS EDİLDİ – FOTO/VİDEO

Bakıda taksi sürücüsü HƏBS EDİLDİ – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda taksi sürücüsü HƏBS EDİLDİ – FOTO/VİDEO

245229

Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.
 

Bildirilib ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.


Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO