Gömrük sistemində süni intellektdən İSTİFADƏ olunacaq

Gömrük sistemində süni intellektdən İSTİFADƏ olunacaq

Hazırda oxunan: Gömrük sistemində süni intellektdən İSTİFADƏ olunacaq

244790

Ötən il gömrük orqanlarında 33 milyon sayda xidmət göstərilib. Onun 99 faizi elektron qaydada həyata keçirilib. Əgər vaxtında bunun rəqəmsal həllərini ortaya qoymaq olmasaydı, bu qədər xidmətin də həyata keçirilməsi qeyri-mümkün olardı.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin rəis müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil edilən "Rəqəmsal gömrük və media" adlı seminarda deyib. 
 

O bildirib ki, həyata keçirilən layihələrin əsas məğzini təşkil edən məsələlərdən biri də gömrük sistemində bütün proseslərin rəqəmsallaşması məsələsidir.


Qurum rəsmisi yeni inkişaf strategiyasının qəbul olunduğunu da qeyd edib:

"Ötən ilin sonunda 2025-2030-cu illər üçün gömrük inkişaf strategiyası qəbul olunub. Burada da əsas brendimiz rəqəmsallaşma ilə əlaqədardır. Bundan başqa, süni intellektin geniş tətbiqi, ən yeni texnologiyaların tətbiqi də əsas məsələlərdən biridir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO