Yalan danışanı necə müəyyən etmək olar? – Psixoloqdan sadə ÜSUL

Yalan danışanı necə müəyyən etmək olar? – Psixoloqdan sadə ÜSUL

Hazırda oxunan: Yalan danışanı necə müəyyən etmək olar? – Psixoloqdan sadə ÜSUL

244697

Yalan danışanı aşkar etməyin sadə üsulu açıqlanıb.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, psixoloq Alba Cardalda yalançını müəyyən etməyin sadə bir yolu olduğunu söyləyib.

O, bu üsulu “El Español”a müsahibəsində açıqlayıb.

Cardalda bildirib ki, yalnız bir xahiş yalanı üzə çıxarmağa kömək edə bilər - baş vermiş hadisəni axırdan əvvələ qədər danışmağı istəmək:

“Bu sadə bir iş kimi görünür, amma əslində insan yalan danışırsa, bu, onun üçün çətin olacaq. Bu zaman onun müəyyən ziddiyyətləri olacağını görə bilərsiniz".

Mütəxəssis qeyd edib ki, yalan danışmaq daha çətindir, çünki insan uydurduğu hekayəni ardıcıl və inandırıcı şəkildə qurmalı, sonra isə onu yadda saxlamalıdır:

“İnsan həqiqəti deyirsə, bunu daha sərbəst edir, yaddaşına əsaslanaraq zaman sırasını qarışdırsa da, təbii danışır və real xatirələrə istinad edir. Əgər yalançıdan hadisəni tərs ardıcıllıqla danışması istənilsə, onun beynində hazırladığı yalan dağılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO