Qabırrı çayının Samux rayonunun Gürcüstanla həmsərhəd olan Burunqovaq, Poylu, Kəsəmən, Salahlı və Qarabağlı kəndləri ərazisindən keçən 10 kilometrlik hissəsində daşqınların qarşısının alınması məqsədilə çay yatağı qazılaraq lildən təmizlənib və yeni sahil bərkitmə işləri aparılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Samux Rayon İcra Hakimiyyəti tərəfindən çayın daşmaması məqsədilə qabaqlayıcı tədbirlər görülüb.
Məlumat üçün bildirək ki, Samux rayonunun Burunqovaq kəndində 144 təsərrüfatda 740 nəfər yaşayır. Kəndin 638 hektar əkinə yararlı torpaq sahəsinin144 hektarında sel və daşqın sularının basması təhlükəsi var idi.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:25 / 17.04.2025
Samuxda çayın daşmasının qarşısı alındı – FOTO/VİDEO
Hazırda oxunan: Samuxda çayın daşmasının qarşısı alındı – FOTO/VİDEO
Hazırda oxunan: Samuxda çayın daşmasının qarşısı alındı – FOTO/VİDEO
244635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.