Bakıya gətirilən bahalı avtomobil yolda yandı – VİDEO

Bakıya gətirilən bahalı avtomobil yolda yandı – VİDEO

Hazırda oxunan: Bakıya gətirilən bahalı avtomobil yolda yandı – VİDEO

244617

Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “SCANİA” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.

Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO