Masallıda tapılmış qədim dini kitablar ARAŞDIRILIR - FOTO

Masallıda tapılmış qədim dini kitablar ARAŞDIRILIR - FOTO

Hazırda oxunan: Masallıda tapılmış qədim dini kitablar ARAŞDIRILIR - FOTO

244535

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonda tapılmış qədim dini kitablarla tanış olub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o həmçinin qeyd edib ki, kitablar mütəxəssislər tərəfindən hərtərəfli araşdırılacaq.

Qeyd edək ki, ötən gün, axşam saatlarında Masallı rayonunun Məmmədoba–Tuado yolu boyunca axan Çaykəş çayında maraqlı bir mənzərə müşahidə edilib.

Çayın səthində su axını ilə hərəkət edən bir neçə bağlama görünüb. Onlardan biri yerli sakin Rauf Cəbiyev tərəfindən sudan çıxarılıb. Bağlama açıldıqda içərisindən 9 ədəd köhnə kitab aşkar olunub.
 

Kitablar yağış və çay suyunun təsirindən nəm çəksə də, diqqətlə baxıldıqda onların ərəb dilində və qədim “şikəstə” xətti ilə yazıldığı məlum olub. Yerli din xadimlərinin ilkin araşdırmalarına əsasən, bu kitablar dini ədəbiyyat nümunələridir və böyük ehtimalla XIX əsrin əvvəllərinə və ya ortalarına aiddir.


Şahidlərin sözlərinə görə, çayın axını ilə bir neçə belə bağlamanın keçib getdiyi də müşahidə edilib.










Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO