Ağdamdan keçən 2 çaya sel gəlib - FOTO

Ağdamdan keçən 2 çaya sel gəlib - FOTO

Hazırda oxunan: Ağdamdan keçən 2 çaya sel gəlib - FOTO

244515

Ağdamda yerləşən ən böyük su anbarı dolmaq üzrədir, bundan başqa rayon ərazisindən keçən hər iki çaya sel gəlib”.

Bu barədə Ağdam Su Melorosiya sistemlərinin istismarı idarəsinin rəisi Hafiz Əzimzadə Bizim.Media-nın yerli bürosuna bildirib.


O qeyd edib ki, ümumi su tutumu 23 milyon kubmetr olan Xaçın su anbarına 20 milyon kubmetr su yığılıb:


"Havaların yağmurlu keçməsi çaylara sel gəlməsinə səbəb olub. Ağdam rayonu ərazisindən keçən Xaçınçaya gələn sel hal-hazırda su ehtiyatı kimi Xaçın su anbarına toplanır.

 Artıq anbar dolmaq üzrədir. Əgar hava şəraiti belə davam edərsə 5-6 gün ərzində anbar tamamilə dolacaq".
 

Qeyd edək ki, ötən illər Qarqar çayının daşması Ağdam və Ağcabədi rayonlarında bir sıra fəsadlarla nəticələnmişdi. Hazırda baş verə biləcək fəlakətin qarşısının alınması məqsədilə əraziyə işçi qüvvəsi və texnikalar cəlb olunub.


Əlavə olaraq bildirək ki, bölgədə yağıntılı havalar davam edir.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO