"WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK - Profil şəkillərini... + FOTO

Hazırda oxunan: "WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK - Profil şəkillərini... + FOTO

244410

"WhatsApp"da istifadəçilərin profil fotolarının yayılmasından qoruyan funksiya olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazır.

 

Tərtibatçılar profil skrinşotlarını çəkməyi qadağan edən funkisya üzərində çalışırlar. 

 

Qeyd olunur ki, beş il əvvəl messencerdən istifadəçilərə digər istifadəçilərin profil şəkillərini saxlamaq imkanı verən funksiya ləğv edilib.

 

Bu funksiyanın silinməsi istifadəçilərin xəbəri olmadan həssas istifadəçi məlumatlarını qorumaq üçün əsaslandırılıb. "WhatsApp"ın Android üçün 2.24.4.25 beta versiyası indi profil şəkillərinin skrinşotlarını bloklayan funksiyaya malikdir.

 

Profil şəklinizin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını bildirən bildiriş görünür.

 

Oxşar məhdudiyyət tez-tez bank proqramlarında və ya "Telegram" messencerində olur.

 

Hələlik bu funksiya yalnız "Android"də "WhatsApp"ın bəzi beta istifadəçiləri üçün əlçatandır.

 

Yeniləmənin hər kəs üçün istifadəyə veriləcəyi vaxt barədə məlumat verilməyib.(BAKU.WS)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO