Havaların kəskin dəyişməsi nəticəsində qərb bölgəsinin bəzi şəhər və rayonlarına yağış, dağlıq ərazilərdə isə qar yağır.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonunun Tülallar kəndinə hazırda yağan qarın qalınlığı 6-sm çatıb.
Kəndlə rayon mərkəzinin əlaqəsini təmin edən avtomobil yolunda çətinliklər yarandığı bildirilir.
Hazırda yolun gediş-gəliş üçün işlək vəziyyətdə olması istiqamətində tədbirlər görülür.
Qərb böldəsində Daşkəsən rayonuna və rayonun dağ kəndlərinə qar yağmağa başlayıb.
Xoşbulaq, Əhmədli, Əmirvar, Muşavaq, Dəstəfur, Yuxarı Daşkəsən qəsəbəsində qarın qalınlığı 6-8 sm aralığındadır. Rayonun özündə və kəndlərində hazırda da qar yağır.
Qeyd edək ki, qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.
Gədəbəy rayonunun yüksək dağlıq kəndləri də ağ örpəyə bürünüb. Başkənd, Şınıxda qarın hündürlüyü 7-8 sm təşkil edir. Hazırda dağlıq ərazilərə qar yağır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu