"Ermənilərin xətrinə dəyə bilmərəm" deyən Vaqif Əliyevin qızı Filip Kirkorovla QALMAQALDA - VİDEO

Hazırda oxunan: "Ermənilərin xətrinə dəyə bilmərəm" deyən Vaqif Əliyevin qızı Filip Kirkorovla QALMAQALDA - VİDEO

24426

Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyevin qızı, Natella Krapivina yeni qalmaqalla gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, hər addımında erməniləri dəstəklədiyini açıq-aşkar bildirən azərbaycanlı iş adamının qızı bu dəfə Rusiya şou-biznesinin pop kralı sayılan Filip Kirkorovun bostanına daş atıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ Azərbaycandır desəm, erməni dostlarımın xətrinə dəyər” – Milyonçu Vaqif Əliyevin qızı 


Belə ki, o,“Muz Tv” kanalının təşkil etdiyi gecəyə Filipin dostu bloqer Dava ilə əl-ələ gəlməsini lağa qoyub. Bununla da ürəyi soyumayan prodüser onları homoseksuallıqda qınayaraq, “Əvvəllər Qafqazda belə insanların tikəsini kabab çəkərdilər” - deyə, fikir bildirib. 

Pop kralın Krapivinaya cavabı isə özünü çox gözlətməyib.

O, İnstagram səhifəsində etdiyi videomüraciətində prodüseri və onun çalışdığı müğənni Lobada haqqında qeyri etik ifadələr işlədərək onları təhqir edib. O, heç bir cinsi ayrımçılığı qəbul etmədiyini və Krapivinanı sürünənə bənzədərək, onun bütün fəaliyyətini oğurluq adlandırıb.

“Sən get, əsl sənətkarlara bax. Sənin Lobada üçün qurduğun bütün nömrələr başdan-ayağa plagiatdır”,- deyə o, Natellanı təhqir edib.

Məsələ o yerə gəlib çıxıb ki, 10 ildən çox çalışdığı ifaçı Lobada da Natellaya arxa çevirərək, Kirkorovdan onun hərəkətlərinə görə üzr istəyib. 

Görünür, rusiyalı müğənni Svetlana Lobada üçün bir zamanlar qeyri-ənənəvi cinsi münasibətdə olduğu, hətta onun sevgisi ilə cinsi oriyentasiyasını dəyişmək istəyən Natella Krapivina-Əliyeva heç vaxt dəyərli olmayıb.

Bundan əsəbləşən Natella Filippin açıqlamasından heç 1 saat keçməmiş sosial şəbəkə hesabında bundan sonra daha Lobada ilə çalışmayacağını və ümumiyyətlə şou-biznesdən ayrıldığını elan edib. Bununla da ürəyi soyumayan xanım Krapivina İnstagram hesabını silərək, Lobadanın həyatından tamamilə çıxıb.

Deyəsən, sevgilisi Lobadanın onu döyüş meydanında tək qoymağı Natellanı dərin depresiyaya salıb.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı müsahibələrin birində Natella Krapivina-Əliyeva “Mənim burada erməni dostlarım çox olduğuna görə “Qarabağ Azərbaycandır” deyə bilməyəcəyəm, çünki bu erməni dostlarımın xətrinə dəyə bilər. Mən onlarla uzun müddətdir ki, dostluq edirəm”, - deyə fikir bildirib.

Daha sonra isə o, azərbaycanlıların əhli-kef, ciddi olmayan bir xalq kimi qələmə verib. Öz “erməni dostlarını” isə qədim xalq və güclü iradəyə sahib olduqlarını deyib.

Qeyd edək ki, Natella Əliyevanın nənəsi erməni əsillidir.

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO