Alimlərdən xroniki ağrılara qarşı İNQİLABİ KƏŞF

Alimlərdən xroniki ağrılara qarşı İNQİLABİ KƏŞF

Hazırda oxunan: Alimlərdən xroniki ağrılara qarşı İNQİLABİ KƏŞF

244239

Stanford Universitetinin alimləri ilk dəfə insan beynində ağrı hisslərinin ötürülməsinə cavabdeh olan sinir dövrəsini laboratoriya şəraitində qurmağa nail olublar.

Bizim.Media xəbər verir ki, bu nailiyyət xroniki ağrıların anlaşılması və müalicəsində dönüş nöqtəsi hesab olunur.

Psixiatriya və davranış elmləri kafedrasının dosenti Sergiu Paskanın rəhbərlik etdiyi qrup “sensor assembloid” adlanan miniatür bir model hazırlayıb. Bu sistem bədənin dərisindən beyinə qədər uzanan mürəkkəb ağrı ötürülməsi yolunu süni şəkildə təqlid edir.

Tədqiqatçılar ilk dəfə bu sistem vasitəsilə sinir yollarında elektrik siqnallarının hərəkətini müşahidə ediblər. Bu, ağrının necə hiss edildiyini birbaşa izləməyə imkan yaradıb. Pasca bu metodun heyvanlar üzərində təcrübə aparmadan, ağrı mexanizmini başa düşməyə şərait yaratdığını bildirib.
 

Süni şəkildə yaradılmış bu sistem ağrı hiss etməsə də, beyində ağrı siqnallarını ötürə bilir. Bu texnologiya sayəsində həm yeni ağrıkəsicilərin sınaqdan keçirilməsi, həm də fərdi müalicə üsullarının hazırlanması mümkün ola bilər.


Araşdırmada iştirak etməyən Dr. Vivianne Tawfik bu yeniliyin xroniki ağrıdan əziyyət çəkən xəstələr üçün ciddi ümid vəd etdiyini deyib: “Ağrı böyük bir sağlamlıq problemidir və çox vaxt çıxış yolu tapmaq olmur. Bu araşdırma böyük boşluğu doldura bilər.”//E-saglam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO