Bu ölkədə lalə dərənləri 12 milyon cərimə gözləyir

Bu ölkədə lalə dərənləri 12 milyon cərimə gözləyir

Hazırda oxunan: Bu ölkədə lalə dərənləri 12 milyon cərimə gözləyir

244169

Qazaxıstan baş prokurorunun müavini Qalimjan Koigeldiev Senatın iclasında nadir lalələrin toplanmasına görə 12 milyon tenge cəriməyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, qadınların bu cəriməni ödəyib-ödəmədiklərini bilmədiyini deyib.

Onun sözlərinə görə, bütün hallar dəqiqləşdikdən sonra qərar veriləcək.

"Bir şeyi deyə bilərəm: qanun qanundur. Əgər insan onu pozursa, cərimə tətbiq olunur. Əgər pozmursa, cərimə də tətbiq edilmir. Bu, artıq dəfələrlə deyilib", - Qalimjan Koigeldiev əlavə edib.

Bundan əlavə, o, nümunə kimi inkişaf etmiş ölkələrin qanunvericiliyini göstərib.

“Məsələn, Sinqapurda bir adam siqaret çəkib kötüyünü yerə atıbsa, böyük məbləğdə cərimə olunur. İsveçdə, İsveçrədə, Fransada, Almaniyada, bildiyimə görə, orada cinayət işlərinin 90 faizi cərimə və cinayət məsuliyyəti ilə başa çatır”, - baş prokuror müavini bildirib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO