Gəncədə 6 nəfər qidadan zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində baş verib.
2005-ci il təvəllüdlü Fuad Cabbarov, 1990-cı il təvəllüdlü Nigar Cabbarova, 1988-ci il təvəllüdlü Xuraman Mehdiyeva, 2001-ci il təvəllüdlü Jalə Tamirazova, 2007-ci il təvəllüdlü Nigar Quliyeva və 2020-ci il təvəllüdlü azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gəncə Birləşmiş Xəstəxanadan verilən məlumata görə, 14.04.2025-ci il tarixində saat 18:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 3 nəfər (2 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub:
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan 2020-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb.
1990-cı il və 2007-ci il təvəllüdlü şəxslərin müalicələri isə davam etdirilir, vəziyyətləri orta ağırdır".
İlkin versiyaya görə, onlar dönərdən zəhərləniblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu