Astara rayonun Maşxan kənd ərazisində itkin düşən 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nitq qüsurlu olan azyaşlı ailədə 2 bacıdırlar.
Onların atası rəhmətə gedib, analarının himayəsində yaşayırlar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda azyaşlının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, azyaşlının itkin düşdüyü ərazidən son görüntüləri də əməkdaşımıza təqdim edilib.
Görüntülər Maşxan kənd ərazisində yerləşən mağazanın müşahidə kamerası tərəfindən lentə alınıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.