Astarada 3-cü sinif şagirdi itkin düşüb. Məktəbdən evə gedən qız itkin düşüb.
Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə hadisə Astara rayonun Maşxan kənd ərazisində baş verib.
Kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin itkin düşdüyü bildirilir. Məlumata görə azyaşlı nitq qüsurludur.
Hazırda kənd sakinləri uşağın axtarışını aparır.
Sabutay, Bizim.Media, Cənub bürosu